Koretçenko - "Ermənistanın ABŞ-da yox, Rusiyada keçirilən sammitlərdə iştirak etməlidir" - VİDEO
Koretçenko - "Ermənistanın ABŞ-da yox, Rusiyada keçirilən sammitlərdə iştirak etməlidir" - VİDEO
“Demokratiya sammiti” Rusiya əleyhinə toplantıdır.
Xəbər verilir ki, bunu Rusiyada “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Postsovet məkanından dörd ölkənin sammitdə iştirakına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu tədbir bir növ “Şirxanın öz əlaltılarını toplaması”dır.
“Ukrayna və Gürcüstanla hər şey aydındır. Moldova isə – biz onlarla səmərəli qaz sazişi bağlamışıq. Düşünürəm ki, buna nə formadasa reaksiya verməliyik”, -deyə o bildirib.
Hərbi ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın da həmin sammitdə iştirak niyyətini kəskin tənqid edib və ona sual ünvanlayıb:
“Nikol Vovayeviç, KTMT ölkəsi olan sizin “Demokratiya sammiti”ndə iştirak etməyiniz lazımdırmı? Bəlkə, Rusiyada keçirilən sammitlərdə iştirak edilməsi daha yaxşı olardı”.
Azadsoz.com